111 İLLİK ƏSƏR 45 MANATA SATILDI
AZƏRBAYCANIN İLK XANIM DEPUTATININ KİTABI HƏRRACA ÇIXARILDI
Azərbaycanın ilk xanım deputatının, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Xanım Əfəndizadəninəsəri hərraca çıxarılıb.Lent.az xəbər verir ki,onun “İki yetim yaxud Kərimin Himməti” əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiyməti 5 manat təşkil edib və hər pilləli artım da minimum 5 manat olub. Beləliklə izləyicilərdən biri kitabı 45 manata alıb.54 səhifəlik kitab 1915-ci ildə Bakıda İsa bəy Aşurbəylinin “Kaspi” mətbəəsində Əski Azərbaycan yazısı ilə çap olunub.Qeyd edək ki, Şəfiqə Xanım Əfəndizadə həmçinin ilk azərbaycanlı xanım jurnalist və ana dili müəllimi olub. (görüntü teleqram)




