ƏN ÇOX VƏ ƏN AZ BİZNES KREDİTİ VERƏN BANKLAR MƏLUM OLDU
2026-CI İLİN İLK RÜBÜNÜN RƏQƏMLƏRİ AÇIQLANDI
2026-cı ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 16 milyard 178,9 milyon manat biznes krediti verilib.Yeniavaz.com xəbər verir ki, ən çox biznes krediti verən bank Azərbaycan Beynəlxalq Bankı olub.
Belə ki, bu bank 1 aprel tarixinə kimi 3 milyard 526,8 milyon manat biznes krediti verib və bu göstərici son 3 ayda 0,5% azalıb.Ən az biznes krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 1,4 milyon manat biznes krediti ayırıb.Qeyd edək ki, son 3 ayda biznes kreditlərini ən çox artıran bank “AFB Bank” olub. Bu bankın biznes kreditləri son 3 ayda 17,5% artıb. Biznes kreditləri ən çox azalan bank isə “Bank Avrasiya” olub. Bu bankın biznes kreditləri son 3 ayda 7,8% azalıb.




