AZƏRBAYCANDA DOLLAR BOLLUĞU YARANIB
AZƏRBAYCANDA DOLLAR BOLLUĞU YARANIB
MƏRKƏZİ BANK VALYUTA BAZARINA MÜDAXİLƏ EDİB
2026-ci ilin ilk 4 ayında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.”APA-Economics” bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.Məlumata görə, bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard ABŞ dolları məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə, valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon ABŞ dolları artıb.Aprel ayında alınam 1 milyard ABŞ dollarının tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.




