“AZƏRBAYCANDAN TƏDARÜK OLMASAYDI”…
ERMƏNİ NAZİR ÖLKƏSİNDƏ BENZİNİN QİYMƏTİNDƏN DANIŞDI
“Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı”.Bunu ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan Əmək Gününə həsr olunan tədbirdə bəyan edib.O bildirib ki,Azərbaycandan yanacaq tədarükü Ermənistanda benzinin bahalaşmasının qarşısını almağa imkan verib.
“Əksər ölkələrdə benzin qiymətləri bir neçə dəfə, Ermənistanda isə bir neçə faiz artıb. İcazə verin, bunun niyə belə olduğunu çox aydın və birbaşa izah edim. Əgər Azərbaycanın benzini və dizel yanacağı olmasaydı, bizim qiymətlərimiz indikindən bir neçə yüz dram daha yüksək olardı. Geosiyasi amillərin təsirinin daha az hiss olunması üçün şaxələndirməni maksimum qoruyub saxlamalıyıq”, -deyə erməni nazir deyib.




