103-LƏ BAĞLI TEXNİKİ ÇƏTİNLİK OLA BİLƏR
VƏTƏNDAŞLARA ALTERNATİV NÖMRƏ TƏQDİM OLUNDU
103 Çağrı Mərkəzində yeni proqram təminatının tətbiqi planlaşdırılır. Milli.Az xəbər verir ki, sistemə keçid 5 may 2026-cı il tarixində saat 04:00-04:30 aralığında həyata keçiriləcək. Bu müddət ərzində aparılacaq yenilənmə ilə əlaqədar zənglərin qəbulunda müəyyən texniki çətinliklərin yaranması istisna olunmur.Qeyd edilib ki, göstərilən vaxt intervalında vətəndaşlar 815 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.




