ÇİNDƏ NƏHƏNG KOMPÜTER HAZIRLANIR
İÇİNƏ İNSAN DA YERLƏŞƏ BİLƏR
Çində texnobloqer Soda Baka insanın yerləşə biləcəyi nəhəng kompüter yaradıb.Bildirilir ki, qurğu vizual olaraq klassik oyun sistem blokunu xatırladır, lakin ölçüləri o qədər böyüdülüb ki, içərisində tam funksional iş sahəsi yaratmaq mümkün olub.
Qurğunun daxilində prosessorun soyutma blokuna inteqrasiya olunmuş ekran və istifadəçi üçün tam iş mühiti yaradılıb.Korpusda gücü 12 kVt-a qədər olan soyutma qurğusu yerləşdirilib. Müəllifin sözlərinə görə, daxildə temperatur 38 dərəcəni keçdikdə kondisioner avtomatik işə düşərək rahat şərait yaradır. https://tech.yahoo.com/computing/articles/enthusiast-builds-pc-big-enough-154035544.html




