Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
June 9, 2026
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
June 9, 2026
9,8 MİLYON MANATLIQ LAYİHƏ
June 8, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
XƏZƏRDƏ SU NİYƏ AZALIR?
June 6, 2026
YENİ NƏSİL NKA-LAR DÖVRİYYƏNİ 14% ARTIRDI
June 6, 2026
3 SAATLIQ YOL Aİ-NİN DİQQƏTİNİ ÇƏKDİ
June 6, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/Qlobal/DÜNYA TARİXİNƏ DÜŞƏN TƏYYARƏ ENİŞİ
QlobalXəbərlər

DÜNYA TARİXİNƏ DÜŞƏN TƏYYARƏ ENİŞİ

May 5, 2026

DÜNYA TARİXİNƏ DÜŞƏN TƏYYARƏ ENİŞİ
YANACAQSIZ QALAN HAVA GƏMİSİ ÇAYA DÜŞÜB

1963-cü il avqustun 21-də sovet sərnişin təyyarəsi Tu-124 Tallindən Moskvaya uçuşa qalxıb. Ekipaj heyətinə Viktor Mostovoyun rəhbərlik etdiyi təyyarənin göyərtəsində 45 sərnişin olub. Uçuş normal başlasa da, təyyarə havaya qalxandan sonra məlum olub ki, ön şassi tam yığılmayıb. Təyyarə qəza enişi üçün Leninqrada istiqamətləndirilib. Ekipaj nasazlığı aradan qaldırmağa çalışsa da cəhdlər uğursuz olub. Şassi tamamilə kilidlənmiş vəziyyətdə qalıb.
Bir birinin ardınca mühərriklər dayanandan sonra məlum olub ki, təyyarədə yanacaq bitib. Belə olan halda eniş zolağına çatmaq mümkün olmayıb. Ekipaj rəhbəri Viktor Mostovoy təyyarəni Neva çayına endirilməsi ilə bağlı qərar verib. İdarəetmə ikinci pilot, keçmiş hərbi dəniz pilotu Vasili Çeçenevə verilib.
Çeçenev şəhər üzərində manevr edərək təyyarəni çayın dar hissəsinə yönəldib. Ən kritik məqam isə eniş bucağı idi — təyyarə suya əvvəlcə quyruq hissəsi ilə toxunmalı idi.
Təyyarə Aleksandr Nevski körpüsünün üzərindən son dərəcə aşağı hündürlükdə keçib. Pilotun dəqiq manevri nəticəsində Tu-124 suya uğurla endirilib. Təyyarə körpüdən cəmi 50 metr aralıda dayanıb. Hadisə nəticəsində göyərtədə olan 52 nəfərdən heç biri xəsarət almayıb. Bu hadisə iri sərnişin təyyarəsinin suya ilk uğurlu enişi kimi aviasiya tarixinə düşüb.

Teqlər:

qlobaltəyyarəxəbərlər

Əvvəlki yazı

103-LƏ BAĞLI TEXNİKİ ÇƏTİNLİK OLA BİLƏR

Növbəti yazı

ÇİN BAZARINA ÇIXIŞ

Related Posts

Digər
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
Biznes TV
By Biznes TV
İqtisadiyyat
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
Biznes TV
By Biznes TV
İqtisadiyyat
9,8 MİLYON MANATLIQ LAYİHƏ
Biznes TV
By Biznes TV
İqtisadiyyat
AZƏRBAYCANIN 5 AYLIQ BÜDCƏ GÖSTƏRİCİLƏRİ AÇIQLANIB
Biznes TV
By Biznes TV
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
BALIQÇILIQ BİZNESİ QURANLARIN DİQQƏTİNƏ
June 9, 2026
STRATEJİ VALYUTA EHTİYATLARIMIZ 88,4 MİLYARD DOLLARA ÇATDI
June 9, 2026
9,8 MİLYON MANATLIQ LAYİHƏ
June 8, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV