MƏŞHUR ƏYLƏNCƏ KLUBUNDA YOXLAMA
YARARSIZ QİDA MƏHSULLARI AŞKARLANDI
Səbail rayonunda fəaliyyət göstərən “Hayal Kahvesi”ndə
yoxlama aparılıb.Bu zaman yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları,həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə
obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.




