MƏRKƏZİ BANKIN BANK SEKTORUNDAN XALİS ALACAĞI AZALIB
MƏRKƏZİ BANKIN BANK SEKTORUNDAN XALİS ALACAĞI AZALIB
APREL AYININ GÖSTƏRİCİLƏRİ MƏLUM OLDU
Mərkəzi Bankın banklara və bank olmayan kredit təşkilatlarından xalis tələbləri azalıb. Fins.az AMB-nin məlumatına əsasən xəbər verir ki, 2026-cı ilin aprelin 1-nə Mərkəzi Bankın banklara və BOKT-lara xalis tələbləri 8,414 milyard manat təşkil edib.Bu göstərici 2026-cı ilin martın 1-i ilə müqayisədə 1,2% azalıb.
Eyni zamanda, AMB-nin bank sektoruna və bank olmayan kredit təşkilatlarına xalis tələbləri illik müqayisədə də azalma göstərib. Belə ki, göstərici 2025-ci ilin martın 1-i ilə müqayisədə 3 milyard manat və ya 26,3% aşağı düşüb.Qeyd edək ki, 2025-ci ilin martın 1-nə Azərbaycan Mərkəzi Bankının banklara və BOKT-lara xalis tələbləri 11,412 milyard manat təşkil edib.




