YANĞINA GÖRƏ SİFARİŞLƏR GECİKƏCƏK
“KONTAKT HOME” VƏ “BİRMARKET” MƏLUMAT YAYDI
Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib.Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki insanlar salamatdır. Bununla bağlı “Kontakt Home” mağazalar şəbəkəsi məlumat paylaşıb. Qeyd edilib ki,Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərilərlə birbaşa əlaqə saxlanacaq.
Hadisə ilə bağlı “Birmarket” də məlumat yayıb. Bildirilib ki, yanğın zamanı onlara məxsus anbara da zərər dəyib. Bu səbəbdən sifariş və çatdırılmalarda gecikmələrin ola biləcəyi qeyd edilib.
Xatırladaq ki, bu gün Qaradağın Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib.




