İVANOVKADA EVLƏR NİYƏ BAHALAŞIB?
İVANOVKADA EVLƏR NİYƏ BAHALAŞIB?
QİYMƏT 130 MİN MANATA ÇATIB
İsmayıllının İvanovka kəndində son vaxtlar evlərə maraq çoxalıb.Milli.azın araşdırmasına görə,kənddə yeni tikili və turizm üçün əlverişli evlərin qiymətində artım müşahidə olunur. Belə evlərdən bəziləri 130 min manata satışa çıxarılıb.Köhnə və təmirsiz evlər əsasən 25-55 min manat arasında satılır. Orta təmirli, yaşayış üçün hazır evlərin qiyməti isə 70-110 min manat təşkil edir.Mütəxəssislər bildirirlər ki, qiymət artımının əsas səbəbi kənd turizminin inkişafıdır. Xüsusilə həftəsonu istirahəti üçün kəndə gələnlərin sayı artır. Hazırda kənddə satışa çıxarılan evlərin əksəriyyəti həyət evi və bağ evidir. Turizm axını davam edərsə, yaxın illərdə İvanovkada torpaq və ev qiymətlərinin daha da yüksəlməsi mümkündür.




