68 MİLYONLUQ MÜLK İNDİ 49 MİLYONA SATILIR
CENİFER LOPES QİYMƏTƏ NİYƏ BU QƏDƏR ENDİRİM ETDİ?
Dünyaşöhrətli müğənni Cennifer Lopezlə keçmiş həyat yoldaşı, hollivud ulduzu Ben Afflek boşanma qərarı aldığı üçün Beverli Hillzdə bir vaxtlar birlikdə yaşadıqları nəhəng evi satmağa çalışırlar. Lakin uzun müddətdir ki, bu lüks mülkə heç kim müştəri düşmür.Ev əvvəlcə 68 milyon dollara satışa qoyulsa da,alıcı tapılmadıqca qiyməti pillə-pillə aşağı salıblar.İndi isə qiymət 49,9 milyon dollara düşüb. Yəni ev ilk qoyulan qiymətdən təxminən 20 milyon dollar ucuzlaşıb. Evdə 12 yataq və 24 hamam otağı var.
Evin içində basketbol meydançası, boks rinqi, tennis kortu və peşəkar idman zalı mövcuddur.Yayılan xəbərlərə görə, Ben Afflek evin bütün hüquqlarını heç bir pul istəmədən Cenniferə verib. İndi evin satışı ilə tam olaraq Cennifer məşğul olur.




