TRAMPIN BİZNESİ İLƏ BAĞLI BÜTÜN VERGİ YOXLAMALARI DAYANDIRILDI
ABŞ-DƏ 1,8 MİLYARD DOLLARLIQ KOMPENSASİYA FONDU YARADILACAQ
ABŞ Prezidenti Donald Tramp federal hökumətlə razılıq əldə edib. Razılığa əsasən, ona, ailəsinə və biznesinə qarşı aparılan bütün vergi yoxlamaları dayandırılıb və bu barədə müqavilə imzalanıb.“The Wall Street Journal”ın yazdığına görə, sənədi ABŞ-ın baş prokuror əvəzi Todd Blanş imzalayıb.
Məlumata görə, müqavilə müddətsizdir və mayın 18-i qəbul edilən başqa bir sənədə əlavədir. Belə ki, həmin sənəd hakimiyyət orqanları tərəfindən qəsdən vergi təqibinə məruz qalmış insanlara kompensasiya ödənilməsi üçün 1,8 milyard dollar həcmində fondun yaradılmasını ehtiva edir. Eyni zamanda, Tramp podratçı tərəfindən vergi bəyannamələrinin sızdırılması ilə bağlı ABŞ Vergi Xidmətinə qarşı iddiasını geri götürüb və digər araşdırmalarla bağlı inzibati şikayətlərinə xitam verib.
Yoxlamaların dayandırılmasının prezidentə və onun ailəsinə ciddi maliyyə üstünlükləri qazandıracağı bildirilir.




