İLLİK 7%LƏ 10 İL MÜDDƏTİNƏ
200 MİLYON MANATLIQ DÖVLƏT İSTİQRAZI HƏRRACA ÇIXARILIR
26 may 2026-cı ildə Bakı Fond Birjasında Maliyyə Nazirliyinin uzunmüddətli dövlət istiqrazlarının hərracı keçiriləcək.
Hərrac saat 10:00-dan 11:00-dək davam edəcək. Satışa ümumi dəyəri 200 milyon manat olan istiqrazlar çıxarılacaq. Hər istiqrazın nominal qiyməti 100 manatdır və ümumilikdə 2 milyon ədəd istiqraz təklif olunur.
İstiqrazların illik gəlirliliyi 7% təşkil edir. Kupon ödənişləri hər 6 aydan bir həyata keçiriləcək. Son ödəniş və istiqrazların geri qaytarılması tarixi isə 26 may 2036-cı ildir. İstiqrazların satışını PAŞA Kapital təşkil edir. Qaydalara əsasən, qeyri-rəqabətli sifarişlərin həcmi ümumi buraxılışın 20%-dən çox ola bilməz. Həmçinin, sifarişlərin ümumi həcmi emitentin təklif etdiyi istiqrazların 20%-dən az olarsa, Maliyyə Nazirliyi həmin sifarişləri qəbul etməyə bilər.




