EV TİKİNTİSİ DAHA BAHALI OLUB
EV TİKİNTİSİ DAHA BAHALI OLUB
MATERİALLARIN QİYMƏTİ NƏ QƏDƏR ARTIB?
Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, 2026-cı ilin aprelində tikinti xərcləri artıb və bazarda bahalaşma davam edir.
Dekabr 2025-lə müqayisədə tikinti indeksləri 6.8% yüksələrək 106.8 bəndə çatıb. Ən çox bahalaşma metal, beton və sement kimi materiallarda qeydə alınıb.Maşın və mexanizmlərdə artım daha zəif olub.Ekspertlər hesab edir ki,tikinti sektorunda xərclərin artması yeni binaların maya dəyərini yüksəldir və bu, gələcəkdə mənzil qiymətlərinə də təsir edə bilər.




