KÖMÜR MƏDƏNİNDƏ PARTLAYIŞ: 90 NƏFƏR ÖLÜB
AZƏRBAYCAN XİN ÇİNƏ BAŞSAĞLIĞI VERDİ
Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində 90 nəfər ölüb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Hazırda hadisə yerində axtarış işləri davam edir. Partlayış baş verən vaxt mədəndə 247 nəfər işləyib. Qəzanın dəqiq səbəbi hələ müəyyən olunmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi də hadisə ilə bağlı Çinə başsağlığı verib. Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.




