ENERJİ BÖHRANI BU AVTOMOBİLLƏRƏ TƏLƏBİ ARTIRDI
ENERJİ BÖHRANI BU AVTOMOBİLLƏRƏ TƏLƏBİ ARTIRDI
2026-CI İLDƏ 23 MİLYON ELEKTRİKLİ AVTOMOBİL SATILACAĞI GÖZLƏNİLİR
Yaxın Şərqdə davam edən münaqişənin yaratdığı enerji böhranı fonunda dünyada elektrikli nəqliyyat vasitələrinə maraq sürətlə artır.Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Enerji Agentliyi tərəfindən yayımlanan yeni hesabatda 2026-cı il ərzində elektrikli avtomobil satışlarının rekord səviyyəyə çatacağı proqnozlaşdırılır. Hesabata əsasən, bu il qlobal miqyasda təxminən 23 milyon elektrikli nəqliyyat vasitəsinin satılması gözlənilir. Bu göstərici ümumi avtomobil bazarının təxminən 30 faizini təşkil edəcək və sektorun tarixində ən yüksək nəticələrdən biri sayılır.Bununla belə, əsas bazarlardan olan ABŞ və Çində satışlar ilin birinci rübündə daxili siyasət və iqtisadi amillər səbəbindən 8 faiz azalıb. Analitiklər bu geriləməni subsidiyaların yenidən nəzərdən keçirilməsi, istehlakçı xərclərinin azalması və bazarda qeyri-müəyyənliklə əlaqələndirirlər. Elektrikli avtomobil istehsalında liderliyini qoruyan Çin hazırda qlobal bazarın təxminən 75 faizinə nəzarət edir və əsas istehsal mərkəzi kimi mövqeyini saxlayır. Ekspertlərin qiymətləndirməsinə görə, subsidiyalar olmasa belə, 2035-ci ilə qədər dünyada elektrikli nəqliyyat vasitələrinin sayı 510 milyona çata bilər.




