AZƏRBAYCANDA AVTOMOBİL BENZİNİ İSTEHSALI ARTIB
AZƏRBAYCANDA AVTOMOBİL BENZİNİ İSTEHSALI ARTIB
HAZIR BENZİN EHTİYATI 44 MİN TONDUR
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda 480,7 min ton avtomobil benzini istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 56,3 min ton çoxdur.2026-cı ilin mayın 1-i vəziyyətinə ölkədə hazır avtomobil benzini ehtiyatı 44 min ton təşkil edib.Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 607,0 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz azalıb.




