KREDİT FAİZLƏRİ SUBSİDİYALAŞDIRILACAQ
MÜASİR TEXNOLOGİYALI TƏSƏRRÜFATLARA DÖVLƏT DƏSTƏYİ ARTIRILIR
Azərbaycanda cins heyvanların və ya balıqların saxlanıldığı təsərrüfatların götürdüyü kreditlərin faizləri subsidiyalaşdırılacaq.Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əks olunub.Sənədə əsasən,
İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, müasir texnologiyalardan istifadə edən və heyvandarlıq və ya balıqçılıqla məşğul olan təsərrüfatlara dəstək verilsin.
Bu dəstək 2027-ci ildən başlayaraq 5 il müddətində veriləcək.Belə ki, bu təsərrüfatların banklardan manatla götürdükləri kreditlərin faizlərinin bir hissəsi dövlət hesabına ödəniləcək. Eyni zamanda investisiya layihələrinin bir hissəsi də “Azərbaycan Biznesinin İnkişafı Fondu” tərəfindən subsidiyalaşdırılacaq.




