4 AYDA 131 MİLYON DOLLARLIQ SATIŞ
4 AYDA 131 MİLYON DOLLARLIQ SATIŞ
AZƏRBAYCANDA QIZIL İXRACI ARTIR
2026-CI ilin yanvar-aprel aylarında Azərbaycandan xarici ölkələrə 131,1 mln. ABŞ dolları həcmində qızıl ixrac edilib. FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir.Təkcə aprel ayında 35,89 milyon dollarlıq qızıl ixarc edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.




