AZƏRBAYCANDA İLK OLACAQ
ƏLƏTDƏ YÜK HAVA LİMANI LAYİHƏSİ HAZIRLANIR
Yüksək texnologiyalı sənayelər üçün daha bir vacib amil hava limanının yaxınlıqda yerləşməsidir. Bu məqsədlə biz yerli daşıyıcı olan “Silk Way Airlines” ilə birlikdə Ələt Azad İqtisadi Zonasında yük hava limanının yaradılması üzərində çalışırıq.Modern.az xəbər verir ki, bunu Bakıda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən “Texnovasiya – dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya” adlı tədbirdə Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib. Sədr qeyd edib ki, bu, regionda ilk belə layihə olacaq. “Tikintisinə 2024-cü ilin mart ayında başlanılıb və gələn il istifadəyə verilməsi planlaşdırılır. Hava limanı fəaliyyətə başladıqdan sonra yüksək texnologiyalar sahəsində çalışan şirkətləri zonaya daha rahat şəkildə cəlb edə biləcəyik deyə sədr bildirib.




