11 İLDƏN SONRA İLK DƏFƏ
“BAKIKART” 50% BAHALAŞDI
1 iyuldan etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb.
“BakıKart”ın yaydığı məlumata görə, yeni tarifə əsasən, kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb.Bildirilib ki, “BakıKart” kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib.Məlumata görə, kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb.

