KAFE VƏ RESTORANLARDA POZUNTU
ƏHALİYƏ AT ƏTİ VERİLİRMİŞ
İctimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 müəssisədə baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Trend” İnformasiya Agentliyinə və “Xəzər” TV-yə birgə müsahibəsində deyib.Onun sözlərinə görə 500 kiloqrama yaxın yararsız ət dövriyyədən çıxarılıb. Sədr qeyd edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyası regionda yeganə laboratoriyadır ki, 150 milyon toksik elementi təyin etmək imkanı var.

