İŞƏ DÜZƏLƏNLƏR ÜÇÜN YENİLİK
ARTIQ FİN KOD İLƏ QEYDİYYAT APARILACAQ
1 iyul 2026-cı ildən sosial sığorta uçotu yalnız şəxsiyyət vəsiqəsindəki FİN kodu ilə aparılacaq.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, artıq işə qəbul zamanı və işçilərlə bağlı rüblük hesabatlarda sosial sığorta nömrəsinin təqdim edilməsi tələb olunmayacaq.Yeni qayda həm yeni işə başlayanlara, həm də əvvəllər işləyən şəxslərə şamil edilir. Dəyişikliklərin məqsədi prosedurları sadələşdirmək, məlumat mübadiləsini sürətləndirmək və elektron sistemlərin işini asanlaşdırmaqdır.

