ETİBAR PİRVERDİYEVLƏ BAĞLI ŞİRKƏTİN KEÇMİŞ RƏHBƏRİ BARƏSİNDƏ İTTİHAM
“AZENCO” NUN DİREKTORUNU 14 İLLİK HƏBS GÖZLƏYİR?
“Azərenerji”nin keçmiş baş direktoru Etibar Pirverdiyevə bağlı olduğu bilinən “Azenco” şirkətinə rəhbərlik etmiş Vüqar Əliyev həbs edilib.Qafqazinfo xəbər verir ki, o 3 milyon manatdan çox mənimsəmədə ittiham olunur. İş üzrə ibtidai araşdırma artıq başa çatıb. Vüqar Əliyevə Cinayət Məcəlləsinin mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.Yaxın günlərdə məhkəmə başlayacaq.
Qeyd edək ki, Etibar Pirverdiyev “Azərenerji”yə rəhbərlik etdiyi dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib. Şirkət paytaxtda bir neçə yaşayış binasının tikintisini həyata keçirib. Etibar Pirverdiyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra “Azenco”ya daxil olan büdcə vəsaitlərinin həcmi əhəmiyyətli dərəcədə azalıb.2022-2023-cü illərdə “Azenco”nun idarə heyətinin sədri Əliyev Vüqar Tofiqoviç olub. Sonradan isə eyni şirkətin Müşahidə Şurasının sədri işləyib.

