“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
SATIŞLAR DÜŞDÜ, MİNLƏRLƏ İŞÇİ İXTİSAR EDİLƏCƏK
Almaniyanın avtomobil sənayesində müşahidə olunan geriləmə lüks avtomobil istehsalçısı Porschenin xərcləri azaltmasına səbəb olub.Şirkət əlavə 4 min iş yerinin ixtisarını planlaşdırır.Fed.az xəbər verir ki,2026-cı ilin ilk altı ayında Porsche-nin satışları demək olar ki, bütün əsas bazarlarda azalıb.Rəhbərlik satışların azalmasını daxiliyanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il elektrikli Macan modelinə yüksək tələbat səbəbindən yaranan müqayisə effekti, həmçinin ABŞ-də elektrikli və hibrid avtomobillərə verilən vergi güzəştlərinin başa çatması ilə izah edir.Bu xəbərlərdən sonra Frankfurt Fond Birjasında Porsche səhmləri 1,3 faiz ucuzlaşıb.Ferrari-də uzun illər çalışan Leiters Porsche-ni yenidən gəlirli şirkətə çevirməyə çalışır. O, bunun üçün xərclərin azaldılması və şirkətin əsas fəaliyyət istiqamətlərinə fokuslanmasını prioritet hesab edir.Porsche ABŞ-də istehsal müəssisəsinə malik olmadığından, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi idxal rüsumlarından da ən çox təsirlənən avtomobil istehsalçılarından biri olub.Şirkət Bugatti ilə bağlı ortaq müəssisədəki payını satmağa razılıq verib. Rəhbərlik gələcəkdə başqa aktivlərin satışını da istisna etmir. Porsche uzun illər Volkswagen qrupunun ən gəlirli markalarından biri hesab olunurdu və geriləmə Volkswagen rəhbərliyi üçün də ciddi təzyiq yaradır.Şirkət payızda keçiriləcək Kapital Bazarları Günündə “Strategiya 2035” proqramının yeni detallarını açıqlayacağını bildirib. Bu strategiyanın Porsche-nin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirəcəyi gözlənilir.
Almaniyanın digər böyük avtomobil istehsalçıları da oxşar problemlərlə üzləşirlər.Mercedes-Benz ikinci rübdə ümumi satışlarının 8 faiz, Çində isə 30 faiz azaldığını açıqlayıb. Şirkət bunu Çin iqtisadiyyatındakı problemlər və yerli istehsalçılarla güclənən rəqabətlə əlaqələndirib.
BMW isə Çində zəif tələbat səbəbindən mənfəət marjasının 1 faizə qədər enə biləcəyi barədə investorlarını xəbərdar edib.

