RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
VƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ
Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər yanacaq emalı gücü var və hakimiyyət regionlara əlavə yanacaq idxalını təmin etmək niyyətindədir. Rusiyadan benzin və dizel ixracına qoyulan qadağa yanacaq vəziyyətini sabitləşdirmək və daxili bazara tədarükü təmin etmək üçün lazımdır. Bəzi satıcılar əlavə pul qazanmaq və qiymətləri qaldırmaq üçün Rusiya yanacaq bazarındakı vəziyyətdən istifadə edirlər. Federal Antiinhisar Xidməti yanacaq qiymətlərini yaxından izləməlidir-deyə Rusiya baş nazirinin müavini bildirib

