QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?
2026-cı ilin I yarısında Azərbaycan işğaldan azad olunan ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib.”Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,45 % azdır.
Ayrılan vəsaitin əsas hissəsi – 974,1 milyon manatı infrastruktur layihələrinə sərf olunub. Bunun 489,3 milyon manatı avtomobil yollarının tikintisi və yenidən qurulmasına, 371,1 milyon manatı isə yeni yaşayış komplekslərinin inşasına yönəldilib.Bundan başqa, 67,6 milyon manat turizm infrastrukturunun yaradılmasına, 45,3 milyon manat ərazilərin minalardan təmizlənməsinə, 29,8 milyon manat səhiyyə və mədəniyyət obyektlərinin maliyyələşdirilməsinə, 14,9 milyon manat isə müdafiə və hüquq-mühafizə təyinatlı obyektlərin tikintisi və təmirinə xərclənib.

