ADSEA UZAQDAN İDARƏ OLUNAN SAYĞACLARA KEÇİR
QƏZALARI TEZ AŞKAR ETMƏK, SU İTKİLƏRİNİ AZALTMAQ MÜMKÜN OLACAQ
Hazırda istifadə olunan sayğacların çoxu köhnədir və istismar müddəti bitib . Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yeni nəsil, uzaqdan oxunan və idarə olunan smart sayğacların tətbiqinə başlayıb. Bunu “APA-Economics”ə müsahibəsində qurumun sədr müavini İlham Bayramov deyib. O bildirib ki, yeni sayğaclar artıq informasiya sistemlərinə qoşulub və sınaq mərhələsindədir. Su layihələrində SCADA adlı avtomatik idarəetmə sistemi tətbiq edilir. Layihənin əsas məqsədi suyun mənbədən istehlakçıya qədər olan prosesini avtomatlaşdırmaqdır. Bu sistem sayəsində su təzyiqini idarə etmək, qəzaları tez aşkar etmək, su itkilərini azaltmaq və şəbəkəni daha səmərəli idarə etmək mümkün olacaq.




