ANAR BAYRAMOV KİMDİR?
“TƏBİB”Ə YENİ İCRAÇI DİREKTOR TƏYİN OLUNDU
TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin edilib.“Qafqazinfo”nun məlumatına görə, 1975-ci ildə anadan olAN Anar Bayramov Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetlərini bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, Şirkətin İdarə Heyətinin sədri vəzifəsinə qədər yüksəlib. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini idi.Eyni zamanda, 2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun prezidenti kimi çalışıb. 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.




