FORBESDƏN MARAQLI HESABLAMA
İANƏLƏR OLMASAYDI, ƏN VARLILARIN REYTİNQİ NECƏ DƏYİŞƏRDİ?
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Musk dünyanın ən varlı insanı olaraq qalır. “Yeni Avaz” xəbər verir ki “Forbes”in 21 aprel 2026-cı il məlumatına görə, onun sərvəti 839 milyard dolları keçib.Mask indiyə qədər xeyriyyə məqsədilə cəmi 0,5 milyard dollar bağışlayıb ki, bu da ümumi sərvətinin çox kiçik hissəsidir. “Forbes” maraqlı bir araşdırma aparıb: əgər dünyanın ən varlı şəxsləri xeyriyyə fondlarına pul verməsəydilər, onların sərvəti necə olardı?Məsələn, “Microsoft”un təsisçisi Bill Gates “səhmlərini bağışlamasaydı, hazırkı 108 milyard dollar əvəzinə 464 milyard dollar sərvətə sahib olardı və ikinci yerdə qərarlaşardı.Dünyanın ən böyük xeyriyyəçisi olan Baffet, həyatı boyu xeyriyyəçiliyə 60 milyard dollardan çox pul xərcləyib. Əgər bunu etməsəydi, sərvəti 363 milyard dollar olardı və dünyanın üçüncü ən varlı insanı sayılardı. “Forbes” jurnalına görə, dünyanın ən varlı beş insanının xeyriyyə təşkilatlarına pul verməsəydilər, reytinqi belə dəyişəcəkdi.
- Elon Musk – 858 milyard dollar
- Bill Gates – 464 milyard dollar
- Warren Buffett – 363 milyard dollar
- Larry Page – 284 milyard dollar
- Sergey Brin – 278 milyard dollar




