Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
Migliori Siti Slot Online: tutto ciò che devi sapere sui casino legali AAMS
July 28, 2026
An honest review of Best Online Casino South Africa 2026: Fast access, top games,
July 28, 2026
Protect your investments: payment security at TopLending’s top platforms
July 28, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
Sensible Medical insurance Preparations
July 28, 2026
Coronavirus disease 2019
July 27, 2026
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI
July 27, 2026
Bizi izlə
Canlı yayım
Canlı İzlə
Ana səhifə/İqtisadiyyat/Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir
İqtisadiyyatXəbərlər

Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir

September 13, 2024

Azərbaycanın daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var.

Bunu açıqlamasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib.

Onun sözlərinə görə, yeni tikililərin sayında, həmçinin tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir:

“Tikinti materiallarının bahalaşması əmlak bazarındakı qiymətlərə də təsir edir. Tikintinin maya dəyəri artdığına görə şirkətlər də qiyməti artırırlar. Bu vəziyyət yeni tikilən binalarda da belədir. Yəni tikinti materiallarının bahalaşması tikinti şirkətlərinin yeni tikilən binalardakı qiymətləri qaldırmasına səbəb olur. Belə ki, sahibkar əvvəlki xərcləri ilə müqayisədə 1 kvadratmetrin başa gəlmə xərcinin 10-15 % yüksəldiyini görən zaman təbii ki, son məhsulun, yəni bazara təklif etdiyi mənzillərin qiymətini də bir o qədər artırmış olacaq. Hesablamalara görə, daşınmaz əmlak bazarında bu bahalaşma tendensiyası davam edəcək”.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin II rübündə mənzil bazarında qiymətlər 2023-cü ilin eyni dövrünə nisbətən 9,2 % artıb. Bildirilib ki, ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,3 %, təkrar mənzil bazarında qiymətlər isə 9,2 % artıb.

Qiymət artımı daha çox 2023-cü ildə baş verib. Ötən il xüsusi ilə Bakıda daşınmaz əmlakların qiymətində 15 %-dən- 30 %-ə qədər artım baş verib. Qiymət artımları Bakı, Sumqayıt və digər böyük şəhərlərdə 2023-cü ilin oktyabr ayına qədər davam etdi. 2023-cü ilin oktyabr ayından sonra, artımda dayanma baş verdi. Əmlak bazarında ciddi çöküş yarandı. Lakin 2024-cü ilin fevral və mart aylarında ipoteka kreditlərinin verilməsi səbəbindən yenidən əmlak bazarında canlanma baş verdi. Bu aylarda 5-10 % aralığınd qiymət artımı baş verdi.

Əvvəlki yazı

Bakıda ilk dəfə beynəlxalq metal simpoziumu keçiriləcək

Növbəti yazı

Prezident “Vista Equity Partners” şirkətinin icraçı direktorunu qəbul edib

Related Posts

Digər
ƏN ÇOX ƏRZAQ VƏ İÇKİ BU BÖLGƏLƏRİMİZDƏ SATILIB AZƏRBAYCANDA ƏRZAQ SATIŞI 37 MİLYARD MANATA YAXINLAŞDI
Biznestv
By Biznestv
Digər
AZƏRBAYCAN YARIMİLDƏ 1 MİLYARD MANATA YAXIN BORC QAYTARIBDAXİLİ VƏ XARİCİ DÖVLƏT BORCUNA ÖDƏNİŞLƏR AÇIQLANDI
Biznestv
By Biznestv
İqtisadiyyat
QARABAĞDA YENİDƏNQURMAYA MİLYARDLIQ VƏSAİTPUL ƏN ÇOX HARA SƏRF OLUNDU?
Biznestv
By Biznestv
Digər
LƏĞV OLUNAN BANKLAR PULLARINI NİYƏ GERİ ALA BİLMİR?ƏSAS SƏBƏBLƏR AÇIQLANDI
Biznestv
By Biznestv
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
Migliori Siti Slot Online: tutto ciò che devi sapere sui casino legali AAMS
July 28, 2026
An honest review of Best Online Casino South Africa 2026: Fast access, top games,
July 28, 2026
Protect your investments: payment security at TopLending’s top platforms
July 28, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV