Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent107,37$2,64%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

72 minə yaxın tibb işçisinin əməkhaqqı artırılır

Biznes TV2 dəq oxu
Paylaş
72 minə yaxın tibb işçisinin əməkhaqqı artırılır

Tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı həyata keçiriləcək.Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq.İslahat Birinci vitse-prezident Mehriban Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü əsasında hazırlanıb. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayıb və onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Yeni qaydalar çərçivəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Əlavə maliyyə təminatı tibb işçilərinin sosial rifahının gücləndirilməsinə və yeni əməkhaqqı mexanizmlərinin tətbiqinə yönəldiləcək.Əməkhaqqı artımları bütün işçilər üçün eyni olmayacaq. Məbləğ vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.İslahat çərçivəsində xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya sahələrində çalışan, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslı həkimlər üçün əhəmiyyətli artımlar nəzərdə tutulur.Regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrə və müəyyən xidmətlərdə işin nəticələrinə görə əlavə ödənişlərə 1,3 əmsalı tətbiq olunacaq. Bu mexanizmin həkimlərin regionlarda işləməyə marağını artırması və tibbi xidmətlərin əlçatanlığının yaxşılaşdırılması məqsədi daşıdığı bildirilir.Qeyd edək ki, tibb işçilərinin əməkhaqlarının artırılması istiqamətində son illərdə də bir sıra tədbirlər görülüb. 2023-cü ildən TƏBİB-in tabeliyindəki müəssisələrdə maaş artımları həyata keçirilib. 2025-ci ildə minimum əməkhaqqının artırılması ilə əlaqədar növbəti yüksəlişlər olub. Səhiyyə Nazirliyinin tabeliyindəki körpələr evlərində çalışanların tarif maaşlarına isə 1,5–3 dəfə artım əmsalları tətbiq edilib.Yeni əməkhaqqı islahatının əsas məqsədləri tibb işçilərinin sosial rifahının gücləndirilməsi, səhiyyə sahəsində peşənin cəlbediciliyinin artırılması, regionlarda kadr təminatının yaxşılaşdırılması və pasiyent məmnuniyyətinin yüksəldilməsidir.

tibbhəkimmaaşbiznes#biznestv