Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent108,16$3,39%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Rusiyada xarici valyuta ilə bağlı məhdudiyyətlərin müddəti uzadıldı – Qərar nə vaxtadək qüvvədədir?

Biznes TV1 dəq oxu
Paylaş
Rusiyada xarici valyuta ilə bağlı məhdudiyyətlərin müddəti uzadıldı – Qərar nə vaxtadək qüvvədədir?

Rusiya Mərkəzi Bankı bank hesablarından nağd xarici valyutanın çıxarılmasına tətbiq olunan məhdudiyyətlərin müddətini daha 6 ay uzadıb. Qərara əsasən, məhdudiyyətlər 9 mart 2027-ci ilədək qüvvədə olacaq.Mərkəzi Bank qərarın səbəbi kimi Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları göstərib. Bildirilib ki, sanksiyalar Rusiya banklarının nağd dollar və avro əldə etməsini çətinləşdirir. Məhdudiyyətlər ilk dəfə 2022-ci ilin martında, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra tətbiq olunub.Hazırkı qaydalara əsasən, müəyyən xarici valyuta hesablarından nağd pul çıxarılarkən müştərilərə dollar və ya avro əvəzinə onların rubl ekvivalenti verilə bilər.

puliqtisadiyyatbiznes#biznestvxəbərlərvalyuta