Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

ABŞ-DƏ BENZİN BÖHRANI

Biznes TV2 dəq oxu
Paylaş
ABŞ-DƏ BENZİN BÖHRANI

ABŞ-DƏ BENZİN BÖHRANI 50 ŞTATINDAN YALNIZ BİRİNDƏ 4 DOLLARDAN UCUZDUR

ABŞ-nin 50 ştatından yalnız birində bir qallon yəni 3,79 litr benzinin orta qiyməti 4 dollardan aşağı səviyyədə qalır.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Avtomobil Assosiasiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, benzinin bir qallonunun qiymətinin 4 dolları keçmədiyi yeganə ştat Oklahomadır. Burada orta qiymət 3,98 dollar təşkil edir. Ölkə üzrə isə istehlakçılar yanacaqdoldurma məntəqələrində bir qallon benzin üçün orta hesabla 4,55 dollar ödəyirlər.Ən bahalı yanacaq qiymətləri Kaliforniya ştatında qeydə alınıb. Burada benzinin bir qallonunun orta qiyməti 6,16 dollar səviyyəsindədir.Bildirilib ki, qiymət artımı İran ətrafındakı gərginlik və Hörmüz boğazı vasitəsilə neft tədarükündə yaranan fasilələrlə əlaqələndirilir. Bundan əlavə, ABŞ-nin neft emalı zavodlarında yaranan problemlər və yay avtomobil mövsümünün yaxınlaşması da bazara əlavə təzyiq göstərir.Qeyd edək ki, Birləşmiş Ştatlarda benzinin orta qiymətinin tarixi maksimumu 2022-ci ilin iyun ayında qeydə alınıb. Həmin vaxt bir qallon benzinin qiyməti 5 dolları ötüb.

abşbenziniqtisadiyyatqlobalxəbərlər

Oxşar materiallar

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI
İqtisadiyyat

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI

QEYRİ-NEFT İXRACI 2 MİLYARDA YAXINLAŞDI2025-Cİ İLLƏ MÜQAYİSƏDƏ 16.9% ARTIM QEYDƏ ALINIB 2026-cı ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl istisna olmaqla Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə təkcə iyunda ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin […]

2 dəq oxu
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu