Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Biznes

ANALIQ MƏZUNİYYƏTİNƏ ÇIXANLARA XOŞ XƏBƏR

Biznes TV1 dəq oxu
Paylaş
ANALIQ MƏZUNİYYƏTİNƏ ÇIXANLARA XOŞ XƏBƏR
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

ANALIQ MƏZUNİYYƏTİNƏ ÇIXANLARA XOŞ XƏBƏR ÖDƏNİŞLİ MƏZUNİYYƏT QAYDALARINDA DƏYİŞİKLİK OLACAQ

Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir. Bu məsələ Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır. Bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi isə qısaldılmır.Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.