Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Biznes

“APPLE” 14 İL SONRA İLK DƏFƏ “SAMSUNG”U GERİDƏ QOYDU DÜNYANIN ƏN BÖYÜK TELEFON İSTEHSALÇISI ADINI QAZANDI

Biznes TV1 dəq oxu
Paylaş
“APPLE” 14 İL SONRA İLK DƏFƏ “SAMSUNG”U GERİDƏ QOYDU DÜNYANIN ƏN BÖYÜK TELEFON İSTEHSALÇISI ADINI QAZANDI
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Apple, yeni iPhone 17 modellərinə olan yüksək tələb sayəsində Samsung-u geridə qoyub və dünyanın ən böyük telefon istehsalçısı adına sahib olub . 2011-ci ildən bəri ilk dəfədir ki, şirkət illik satış həcminə görə liderliyi ələ keçirir.2025-ci ildə Apple satışlarını 10% artıraraq qlobal bazarın 19.4%-ni ələ keçirib.Samsung isə yalnız kiçik artım göstərə bilib və payı 18.7%-də qalaraq ikinci yerə geriləyib.Ekspertlər bildirir ki, bu yüksəlişin səbəbi təkcə yeni modellər deyil. Pandemiya dövründə telefon alan insanlar artıq cihazlarını yeniləyir və satışlar kəskin artır.Xüsusilə yeni, incə dizaynlı iPhone 17 Air modeli alıcılar tərəfindən çox bəyənilib. Gələn il isə Apple həm daha ucuz iPhone 17e, həm də gözlənilən qatlanan telefonu təqdim edəcək.Analitiklərin proqnozuna görə, bu planlar Apple-ın bazar liderliyini ən azı 2029-cu ilə qədər qoruyacağını göstərir.