Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,81$2,62%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Texnologiya

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ

Biznes TV2 dəq oxu
Paylaş
AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ

AZAL TƏYYARƏLƏRİNDƏ WI-FI XİDMƏTİ UÇUŞ ZAMANI İNTERNETDƏN İSTİFADƏ MÜMKÜN OLACAQ

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Hava Yolları yeni nəsil təyyarələrdə sərnişinlər üçün internet xidmətinin təşkili ilə bağlı müraciətinə razılıq verib.

Bu barədə “Report”a Dövlət Agentliyindən məlumat verilib.

Araşdırma zamanı təyyarələrdə internet xidmətinin təşkili ilə bağlı müqavilələr və digər hüquqi sənədlər təhlil olunub. Nəticədə Dövlət Agentliyi internet xidmətinin yalnız sərnişinin öz seçimi əsasında təqdim edilməsi şərti ilə Azərbaycan Hava Yollarının müraciətini müsbət qiymətləndirib.

Yeni xidmət çərçivəsində internet bağlantısı “Viasat” peyk rabitəsi texnologiyası vasitəsilə təmin olunacaq.Sərnişinlər uçuş zamanı sərfəli qiymətlərlə limitsiz, yüksək sürətli internetdən istifadə edə biləcəklər.Biznes sinfi sərnişinləri, eləcə də “AZAL Miles” loyallıq proqramının “Elite” və “Platinum” statuslu üzvləri bortdaxili internet xidmətindən ödənişsiz yararlana biləcəklər. Bunun üçün internetə qoşulma portalında ad, soyad və oturacaq nömrəsini daxil etmək kifayətdir.İnternetə qoşulma portalı vasitəsilə sərnişinlər, həmçinin heç bir əlavə ödəniş etmədən uçuşdaxili əyləncə sisteminə qoşularaq film, musiqi və digər rəqəmsal məzmunlardan istifadə edə bilirlər.Uçuşdaxili internet xidməti hazırda AZAL-ın yeni nəsil “Airbus A320neo” və “Airbus A321neo” tipli təyyarələrində mövcuddur. Gələcəkdə donanmaya qoşulacaq bütün yeni nəsil hava gəmilərində də bu xidmət sərnişinlərin istifadəsinə veriləcək.

azalinternetxəbərlər

Oxşar materiallar

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA
Texnologiya

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA

SOSİAL ŞƏBƏKƏDƏ QUMAR TƏŞKİL EDƏNLƏRƏ SƏRT CƏZA HƏBS MÜDDƏTİ 4 İLƏ QƏDƏR ARTIRILA BİLƏR Azərbaycanda onlayn və sosial şəbəkələr üzərindən qumar təşkil edənlərə cəzaların sərtləşdirilməsi təklif olunur.Layihəyə əsasən, qumar oyunlarının internet, mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə təkrar təşkili və ya keçirilməsi zamanı şəxslər əldə edilən gəlirin iki mislinədək cərimələnə və ya 2 ildən 4 […]

1 dəq oxu
İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ
Texnologiya

İFLİC OLAN İNSANLAR ÜÇÜN YENİ ÜMİDDÜŞÜNCƏ İLƏ HƏRƏKƏT EDƏN ƏLİL ARABASI SINAQDAN KEÇİRİLDİ

İlon Maskın Neuralink şirkəti beyinə yerləşdirilmiş çip vasitəsilə düşüncə ilə idarə olunan əlil arabası yaradıb.İmplant hərəkət istiqaməti ilə bağlı siqnalları oxuyur və onları virtual coystik üçün əmrlərə çevirir. Bunun sayəsində tamamilə iflic olan insanlar tərpənmədən arabaya nəzarət edə bilirlər.Bənzər çiplərə sahib olan pasiyentlər, həmçinin düşüncə ilə kompyuterlərdə işləmək, hətta təyyarələri və robotları idarə etmək qabiliyyətinə […]

1 dəq oxu
“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI
Texnologiya

“TESLA”DAN QARIŞIQ MALİYYƏ NƏTİCƏLƏRİGƏLİR ARTDI, MƏNFƏƏT AZALDI

“Tesla” 2026-cı ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Marja .az xəbər verir ki,Şirkətin gəliri analitiklərin proqnozunu üstələsə də, mənfəəti gözləniləndən aşağı olub. Nəticələrin açıqlanmasından sonra şirkətin səhmləri ucuzlaşıb.İkinci rübdə “Tesla”nın gəliri 28,24 milyard dollar olub. Bu, proqnozlaşdırılan 25,71 milyard dollardan yüksəkdir. Lakin bir səhmə düşən düzəliş edilən mənfəət gözlənilən 51 sent əvəzinə 33 sent təşkil […]

2 dəq oxu
QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA
Texnologiya

QİYMƏTİ 1400 DOLLARDIRDİL HƏRƏKƏTLƏRİ İLƏ SMARTFON VƏ KOMPÜTER İDARƏ EDƏN TEXNOLOGİYA

ABŞ-dən olan startap ağız üçün taçpad buraxıb.O , damağa bərkidilir və dilin hərəkətləri ilə kompüterləri və smartfonları idarə etməyə imkan verir.”MouthPad” cəmi 10 qram çəkiyə malikdir və bir dəfə doldurulmaqla 7 saata qədər işləyir. O, ilk növbədə fiziki imkanları məhdud şəxslər üçün yaradılsa da, istəyən hər kəsə satılır.Hər bir nüsxə çənənin qəlibinə əsasən fərdi şəkildə […]

1 dəq oxu