Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ HANSI DƏYİŞİKLİKLƏR OLACAQ?

Biznes TV2 dəq oxu
Paylaş
AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ HANSI DƏYİŞİKLİKLƏR OLACAQ?

AZƏRBAYCAN-GÜRCÜSTAN SƏRHƏDİNDƏ HANSI DƏYİŞİKLİKLƏR OLACAQ? DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏDRİ AÇIQLAMA VERDİ

“Azərbaycanla Gürcüstan arasında birgə sərhəd nəzarəti məntəqəsi üzrə layihələndirmə işləri aparılır”. Bunu “Report” İnformasiya Agentliyi və “İctimai TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.Onun sözlərinə görə, hökumət tərəfindən DGK-ya bu sahə üzrə müvafiq tapşırıqlar verilir. Gürcüstanla sərhəddə yeni buraxılış məntəqəsinin inşası çərçivəsində görülən işlər, əsasən, obyektin yerləşəcəyi ərazinin seçilməsi ilə əlaqədardır və hazırda bu proses davam edir. Növbəti mərhələlərdə digər texniki məsələlərin həlli nəzərdə tutulur. Yaradılacaq məntəqə tam müasir standartlara cavab verəcək və burada birgə nəzarət mexanizmi tətbiq olunacaq. Başqa sözlə, Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq, bu isə nəqliyyat vasitələrinin sinxron şəkildə yoxlanılmasına imkan yaradacaq”.

Şahib Bağırov qeyd edib ki, belə bir sistem vaxt itkisinin qarşısını almaqla yanaşı, nəzarət prosesinin keyfiyyətini yüksəldəcək, ehtimal olunan risklərin daha tez aşkar edilməsinə şərait yaradacaq və xidmət sürətini artıracaq.Eyni zamanda nəqliyyat vasitələrinin keçidi üçün əlavə imkanlar yaradılacaq.

gürcüstansərhədxəbərlər

Oxşar materiallar

GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ
İqtisadiyyat

GÜRCÜSTANA GEDƏNLƏRƏ XOŞ XƏBƏRBAKI–TBİLİSİ–BAKI QATARLARINA ƏLAVƏ VAQONLAR QOŞULACAQ

Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb.Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Bildirilib ki, marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.Məlumata görə, indiyədək Bakı–Tbilisi–Bakı […]

1 dəq oxu
KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib
İqtisadiyyat

KİMLƏR DAHA ÇOX YARARLANIB?73 MİN NƏFƏR İPOTEKA KREDİTİ ALDISMm: 5,4 milyard manatlıq ipoteka krediti verilib

Bu günə qədər Azərbaycanda 73,4 min nəfərə ümumilikdə 5,4 milyard manat ipoteka krediti verilib.Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Bildirilub ki,verilən ipoteka kreditlərinin80 faizi dövlət xətti ilə, yəni İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına,20 faizi isə bankların öz daxili ipoteka proqramları çərçivəsində ayrılıb.Azərbaycan Mərkəzi Bankının statistikasına əsasən, hazırda bankların kredit portfelinin […]

2 dəq oxu
İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu