Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent103,73$3,62%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Azərbaycanda bank lisenziyası olan poçt filiallarının SAYI AZALDILDI

Biznes TV1 dəq oxu
Paylaş
Azərbaycanda bank lisenziyası olan poçt filiallarının SAYI AZALDILDI
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 10 filialının bank fəaliyyəti üçün lisenziyasını ləğv edib.

BiznesTV “Report”a istinadən xəbər verir ki, lisenziyası ləğv edilən poçt filialları Abşeron, Qəbələ, Qobustan, Balakən, Oğuz, Qax, Naftalan, Daşkəsən, Göygöl və Samuxda yerləşir.

Bununla da bank lisenziya almış poçt filiallarının sayı 28-ə enib.

Qeyd edək ki, AMB sonuncu dəfə işğaldan azad edilmiş ərazilərdə yerləşən “Azərpoçt” MMC-nin Xankəndi filialına bank fəaliyyəti üçün lisenziya vermişdi.