Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Bazarlar

Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb

Biznes TV2 dəq oxu
Paylaş
Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə (STP Şirkətlər Qrupu) daxil olan STP Polimer Zavodunda Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb. İlkin mərhələdə sözügedən məhsul 75×8 sm, növbəti mərhələdə isə 45×8 sm ölçüdə istehsal oluncaq. Cari ilin sonunadək 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

İnvestisiya həcmi 619 milyon ABŞ dolları olan STP Şirkətlər Qrupunda hazırda 2000 nəfərə yaxın insan daimi işlə təmin edilib. Şirkət tərəfindən 2017-ci ildən 2024-cü ilin I yarısı daxil olmaqla 972 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 274 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar dünyanın 15-dən çox ölkəsinə (İngiltərə, Kanada, İsveç, Sinqapur, BƏƏ, İraq, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) ixrac edilib.

Qeyd. Delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.

Oxşar materiallar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI
Bazarlar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI

2026-cı ilin birinci yarısında Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 181 milyon dollar və ya 27,6% azalaraq 8 milyard 341,1 milyon dollara düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə kəskin azalmanın əsas səbəbi dövlətin idxalı azaltması olub. Belə ki, idxal olunan məhsulların 643,6 milyon dolları dövlət sektorunun, […]

2 dəq oxu
“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR
Bazarlar

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIRAZADLIĞA ÇIXMASI ÜÇÜN 1 MİLYON AVRO GİROV İSTƏNİLDİ İspaniya Prokurorluğu dünyaca məşhur geyim brendi “Mango”nun yaradıcısı İsak Andikin oğlu Conatan Andikin girov müqabilində azadlığa buraxılmasını tələb edib. İstintaq orqanı onun zaminə buraxılması üçün 1 milyon avro məbləğində girov təyin edilməsini istəyir. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi […]

2 dəq oxu
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
Bazarlar

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIBDÖRD AYDA 2,6 MİLYARD MANAT YÖNƏLDİLİB 2026-cı ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə 2025-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olmaqla, 2 milyard 608 milyon manat vəsait yönəldilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, 2026-cı ilin əvvəlindən pensiyalar 9.3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il […]

1 dəq oxu