Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent103,73$3,62%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

AZƏRBAYCANDA ORTA AYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI

Biznes TV2 dəq oxu
Paylaş
AZƏRBAYCANDA ORTA AYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI

AZƏRBAYCANDA ORTAAYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI ƏN YÜKSƏK MAAŞI HANSI SAHƏLƏRDƏ İŞLƏYƏNLƏR ALIR?

Azərbaycanda ortaaylıq əməkhaqqı 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk rübündə maaş 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb.Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, hazırda əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 797 min nəfərdir. Onların 869 mini dövlət, 928 mini isə özəl sektorda çalışır.Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta maaşı 4 581 manatdır. Maliyyə və sığorta sektorunda isə orta əməkhaqqı 2 814 manat təşkil edir. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır.Ən aşağı maaş kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir — 720 manat. Ticarət və avtomobil təmiri sahəsində çalışanlar orta hesabla 768 manat maaş alırlar. Təhsil sektorunda orta maaş 824 manat, elm sahəsində isə 1 048 manatdır.Vüqar Bayramov qeyd edib ki, dövlət sektorunda maaşların artırılması və optimallaşdırılması vacib olaraq qalır.

pulxəbərlər