Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7.541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Bazarlar

AZƏRBAYCANDAN GETDİLƏR, 45 MİLYONLUQ İNVESTİSİYA ALDILAR SÜRƏTLƏ BÖYÜYƏN STARTAP NİYƏ ÖLKƏMİZDƏ İŞİNİ DAYANDIRDI?

Biznes TV2 dəq oxu
Paylaş
AZƏRBAYCANDAN GETDİLƏR, 45 MİLYONLUQ İNVESTİSİYA ALDILAR SÜRƏTLƏ BÖYÜYƏN STARTAP NİYƏ ÖLKƏMİZDƏ İŞİNİ DAYANDIRDI?
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycanda fəaliyyətini dayandıran Türkiyənin “EasyCep” startapı 45 milyon dollar investisiya alıb. Yenilənmiş elektronika sahəsində sürətlə böyüyən startap

ikinci əl cihazları yalnız alıb-satmır. Onları tam texniki yeniləmədən keçirib 12 aylıq zəmanətlə müştərilərə təqdim edir. Şirkət həmçinin hissəli ödəniş imkanları da yaradır. Hazırda Türkiyədə 300-dən çox fiziki satış nöqtəsi var.Yeni investisiya sayəsində startap təkcə telefonlara yox, planşetlər, noutbuklar, oyun konsolları və ağıllı ev cihazları kimi daha geniş məhsul kateqoriyalarına fokuslanacaq.

Son üç ildə gəlirlərini 15 dəfə artıran “EasyCep” Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bazarlarında da aktivdir və bu yaxınlarda “Xiaomi” ilə strateji əməkdaşlığa başlayıb. Startapın baş direktoru Mehmet Akif Özdemir bildirir ki, yeni mərhələdə əsas məqsəd “EasyCep Express” şəbəkəsini böyütmək, müştəri məmnuniyyətini artırmaq və bazardakı qeyri-rəsmi satışların qarşısını alaraq rəsmi və ekoloji təmiz bir ekosistem qurmaqdır. Bu yanaşma həm texnologiyanı əlçatan edir, həm də elektron tullantıların azalmasına kömək edir.

Maraqlı məqam odur ki,startap bir müddət Azərbaycan bazarında da fəaliyyət göstərib. Lakin logistika xərcləri, sertifikatlaşdırma prosesləri və tələbin stabil olmaması səbəbindən şirkət ölkədə əməliyyatlarını dayandırmağı seçib. “Easycep Azərbaycan” MMC-nin nizamnamə kapitalı 703 min manatdan çox idi və fəaliyyətin dayandırılması 2026-ci ilin noyabrında rəsmiləşdirilib.

Oxşar materiallar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI
Bazarlar

**ÖLKƏYƏ İDXALDA CİDDİ AZALMADÖVLƏT GÖMRÜK KOMİTƏSİ SƏBƏBİNİ AÇIQLADI

2026-cı ilin birinci yarısında Azərbaycana idxal olunan mal və məhsulların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 181 milyon dollar və ya 27,6% azalaraq 8 milyard 341,1 milyon dollara düşüb. Dövlət Gömrük Komitəsinin məlumatına görə kəskin azalmanın əsas səbəbi dövlətin idxalı azaltması olub. Belə ki, idxal olunan məhsulların 643,6 milyon dolları dövlət sektorunun, […]

2 dəq oxu
“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR
Bazarlar

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIR

“MANGO” RƏHBƏRİNİN OĞLU İSTİNTAQ ALTINDADIRAZADLIĞA ÇIXMASI ÜÇÜN 1 MİLYON AVRO GİROV İSTƏNİLDİ İspaniya Prokurorluğu dünyaca məşhur geyim brendi “Mango”nun yaradıcısı İsak Andikin oğlu Conatan Andikin girov müqabilində azadlığa buraxılmasını tələb edib. İstintaq orqanı onun zaminə buraxılması üçün 1 milyon avro məbləğində girov təyin edilməsini istəyir. Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın EFE informasiya agentliyi […]

2 dəq oxu
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
Bazarlar

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB

PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIBDÖRD AYDA 2,6 MİLYARD MANAT YÖNƏLDİLİB 2026-cı ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə 2025-ci ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olmaqla, 2 milyard 608 milyon manat vəsait yönəldilib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, 2026-cı ilin əvvəlindən pensiyalar 9.3 faiz indeksləşdirilərək artırılıb və 1 may 2026-cı il […]

1 dəq oxu