Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,96610,00%Brent108,16$3,39%Qızıl7.360,300,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Banklarla krediti və ya borcu olanların diqqətinə: Yeni qaydalar qüvvəyə mindi

Biznes TV1 dəq oxu
Paylaş
Banklarla krediti və ya borcu olanların diqqətinə: Yeni qaydalar qüvvəyə mindi

Azərbaycanda bank müştərilərinin şikayətlərinə baxılması ilə bağlı yeni tələblər qüvvəyə minib. Yeni qaydalara əsasən, banklarda şikayətlərə baxılması üçün müstəqil funksiya yaradılmalıdır.Fed.az xəbər verir ki, Bu funksiya ayrıca struktur bölmə və ya məsul şəxs tərəfindən həyata keçirilə bilər. Şikayətlərə baxan əməkdaşlar bankın biznes və satış bölmələrindən müstəqil olmalıdır.Banklar bundan sonra bütün müştəri şikayətlərini ayrıca reyestrdə qeydiyyata almalı, onların səbəblərini və xarakterini təhlil etməlidirlər. Şikayətlərin cavablandırılması ilə yanaşı, zərurət yarandıqda müştəri ilə görüş və danışıqlar da keçirilə bilər. Şikayətlərin nəticələri barədə bank rəhbərliyinə ən azı rübdə bir dəfə hesabat təqdim olunacaq. Ciddi pozuntu aşkarlandıqda isə növbədənkənar hesabat hazırlanmalıdır.Həmçinin banklarda şikayət sisteminin fəaliyyəti ildə ən azı bir dəfə daxili audit tərəfindən yoxlanılacaq. Yeni tələblər Azərbaycan Mərkəzi Bankının 7 iyul 2026-cı il tarixli qərarı ilə təsdiqlənib və 1 sentyabr 2026-cı ildən qüvvəyə minib.

bankmaliyyəiqtisadiyyatpul#biznestvxəbərlər