FES UÇOT DƏRƏCƏSİNİ 4%-Ə QALDIRDI

ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 3,75–4 faiz aralığına çatdırıb. Report xəbər verir ki, bu, son 3 ildə ilk faiz artımıdır və qərar yeni FES sədri Kevin Uorşun rəhbərliyi ilə qəbul edilən ilk artımdır. Bildirilir ki, FES-in bu addımı əsasən inflyasiyanın hələ də yüksək olması ilə bağlıdır. Tənzimləyicinin inflyasiya üzrə hədəfi 2 faiz olsa da, üstünlük verdiyi PCE qiymət indeksi iyun və iyul aylarında illik ifadədə 3,7 faiz artıb. Bundan başqa, neft qiymətlərinin yüksəlməsi, ABŞ dövlət borcunun 40 trilyon dolları keçməsi və uzunmüddətli dövlət istiqrazlarının gəlirliliyinin artması iqtisadiyyatda əlavə risklər yaradıb.Faiz artımı nəticəsində ABŞ-də borclanma xərclərinin yüksəlməsi gözlənilir. Yəni kreditlər daha baha ola bilər.Qeyd edək ki, FES sonuncu dəfə uçot dərəcəsini 2023-cü il iyulun 26-da artırıb. O zaman faiz dərəcəsi 5,25–5,5 faiz səviyyəsinə yüksəlib.





