Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,78$2,65%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

APPLE-DAN İLK QATLANAN İPHONE!

Biznes TV2 dəq oxu
Paylaş
APPLE-DAN İLK QATLANAN İPHONE!

“Apple” Kaliforniyada keçirilən təqdimatda yeni məhsullarını nümayiş etdirib. Tədbirin əsas yeniliyi şirkətin ilk qatlanan smartfonu iPhone Duo olub. iPhone Duo 5,4 düymlük xarici və 7,6 düymlük daxili ekranla təchiz edilib. Cihaz A20 Pro çipi ilə işləyir, 2 TB-a qədər yaddaş və Apple Pencil dəstəyi təqdim edir. İlkin qiymət 1 999 dollar, satış tarixi isə 23 oktyabrdır. Şirkət iPhone 18 Pro və 18 Pro Max modellərini də təqdim edib. Yeni telefonlarda 2 nanometrlik A20 Pro çipi, təkmilləşdirilmiş soyutma sistemi və dəyişən diafraqmalı 48 meqapiksellik əsas kamera var. Həmçinin xüsusi soyutma sistemi sayəsində telefon oyun oynayarkən və ya ağır proqramlardan istifadə edərkən əvvəlki kimi çox qızmır.Kamera sahəsində də əsas yeniliklər var. Artıq video çəkərkən kadr sürətini, işığı və fokus nöqtəsini əl ilə tənzimləmək mümkündür. Video izləmə müddəti 39 saatdan 45 saata yüksəlib ki, bu da təxminən 15% artım deməkdir. iPhone 17 Pro Maxdan fərqli olaraq 18 Pro Max-da dəyişən diafraqma tətbiq edilib. Bu, xüsusilə gecə çəkilişi və işıq nəzarətində böyük üstünlük yaradır.Təqdimatın ən maraqlı yeniliklərindən biri isə süni intellektə gələn dəyişikliklərdir. Yeni “Siri” 250-dən çox tətbiqlə əlaqəli işləyir, təqvim və qeydlərinizi təhlil edə bilir. Eyni zamanda fotolardan istənməyən əşyaları silmək və portretlərdə dərini daha təbii göstərmək artıq süni intellektin köməyi ilə çox asanlaşıb. Dörd fərqli rəngdə təqdim olunan cihazların ABŞ-də ilkin qiymətləri belədir.iPhone 18 Pro 1199 dollardan, iPhone 18 Pro Max isə 1299 dollardan başlayır.Satışlar sentyabrın 18-dən başlayacaq.

iphoneflipqatlananduo