Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,61$2,81%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Biznes

“İmprotex İndustries”-in “Revival” minatəmizləyən texnikaları xarici bazarlarda böyük maraqla qarşılanır

Biznes TV2 dəq oxu
Paylaş
“İmprotex İndustries”-in “Revival” minatəmizləyən texnikaları xarici bazarlarda böyük maraqla qarşılanır
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycanda fəaliyyət göstərən “İmprotex Industries” zavodunun istehsal etdiyi “Revival” mexaniki minatəmizləyən texnikalar xarici bazarlarda böyük maraqla qarşılanır. Bu marağın nəticəsi olaraq, Səudiyyə Ərəbistan Krallığının Müdafiə Nazirliyi 13-15 yanvar 2025-ci il tarixlərində Azərbaycana işgüzar səfər təşkil edib. Səfər Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Səfər çərçivəsində “İmprotex” Şirkətlər Qrupunun təmsilçiləri ilə keçirilən görüşlərdə “Revival” texnikalarının Səudiyyə Ərəbistana ixracı və minatəmizləmə sahəsində mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyəti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəsmiləri ilə görüşlər keçirərək Qarabağda “Revival” texnikalarının əməliyyat şəraitində sınaq prosesini izləyiblər. Texnikaların effektivliyi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyində də görüşlər keçirilib. Bu görüşlərdə iki ölkə arasında hərbi və iqtisadi sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də Azərbaycanın müdafiə sənayesi məhsullarının Səudiyyə Ərəbistan bazarına çıxışı müzakirə olunub.

Nümayəndə heyətinə “Improtex Industries” zavodunun tam yerli istehsalı olan İTX 6L, İTX 15M və İTX 20H model zirehli hərbi avtomobillərinin prototipləri də təqdim edilib.

Bu səfər Azərbaycan və Səudiyyə Ərəbistan Krallığı arasında müdafiə, iqtisadiyyat və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.