Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Press-reliz

İndoneziyanın Azərbaycandakı səfiri “Biznes TV”nin qonağı olub

Biznes TV2 dəq oxu
Paylaş
İndoneziyanın Azərbaycandakı səfiri “Biznes TV”nin qonağı olub

Görüşdə iki ölkənin sahibkarları arasında biznes əlaqələrinin inkişafı və birgə media layihələri müzakirə edilib.

11 iyun tarixində İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Berlian Helmi “Biznes TV”nin qonağı olub.

Səmimi mühitdə keçən görüşdə cənab səfirə “Biznes TV”nin fəaliyyət istiqamətləri, yerli və qlobal biznes mühitinin işıqlandırılmasında oynadığı rol, eləcə də hazırlanan müasir media layihələri barədə ətraflı məlumat verilib.

Kanalın yaradıcı heyəti ilə görüşən səfir redaksiyanın dinamik iş ahəngini və müasir yayım standartlarını yüksək qiymətləndirib.

Görüş çərçivəsində Azərbaycanın yeganə ixtisaslaşmış biznes kanalı olan “Biznes TV” vasitəsilə iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dəstək məqsədilə mümkün əməkdaşlıq imkanları və birgə həyata keçiriləcək media layihələri müzakirə olunub.

Səfər çərçivəsində cənab Berlian Helmi “Biznes TV”nin efirində, İdarə Heyəti sədrinin təqdim etdiyi “Perspektiv” verilişinin də qonağı olub. Verilişdə iki ölkə arasında mövcud və potensial iqtisadi münasibətlər, həmçinin gələcək birgə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşün sonunda cənab səfirə “Biznes TV”nin simvolik hədiyyəsi təqdim olunub.

iqtisadiyyatpress-relizxəbərlər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Siyasət

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 dəq oxu