Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,00$2,44%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

MİLLƏT VƏKİLİNDƏN SÜNİ BAHALAŞMA İLƏ BAĞLI SƏRT AÇIQLAMA

Biznes TV2 dəq oxu
Paylaş
MİLLƏT VƏKİLİNDƏN SÜNİ BAHALAŞMA İLƏ BAĞLI SƏRT AÇIQLAMA

MİLLƏT VƏKİLİNDƏN SÜNİ BAHALAŞMA İLƏ BAĞLI SƏRT AÇIQLAMA “NADÜRÜSTLƏR MAAŞLARIN ARTACAĞINI EŞİDƏN KİMİ QİYMƏTLƏRİ QALDIRIR”

Nadürüst adamlar da var ki, eşidən kimi pensiya, əməkhaqqı artacaq, qiyməti də artırır. Yəni süni artımlar da var.Bunu millət vəkili Siyavuş Novruzov qafqazinfo-nun suallarını cavablandırarkən deyib. Qiymət artımlarından xəbərdar olduğunu deyən deputat bildirib ki,bu artımlar ciddi xarakter daşıyır, lakin proses yalnız Azərbaycanla məhdudlaşmır. “Qiymət artımları var və olduqca ciddidir. Amma bu, təkcə bizdə deyil. Yayda, payızda bir neçə ölkədə oldum, əvvəlki ilə indiki arasında yerlə-göy qədər fərq var. Bu, dünyada gedən proseslərdir. Bizdə artım nədədir: yağda, ətdə və digər ərzaq məhsullarında. Bunların hamısı ilə Azərbaycan öz-özünü təmin edə bilmir. Biz əti də, yağı da xaricdən idxal edirik. Buna görə də orada qiymət artırsa, dərhal bura da təsir edir deyə millət vəkili bildirib.

bahalaşmaiqtisadiyyatxəbərlər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu