Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,12$2,33%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

MÜHARİBƏDƏN ZƏRƏR GÖRƏN ÖLKƏLƏRƏ 5 MİLYARD AVRO AYRILACAQ

Biznes TV1 dəq oxu
Paylaş
MÜHARİBƏDƏN ZƏRƏR GÖRƏN ÖLKƏLƏRƏ 5 MİLYARD AVRO AYRILACAQ

SİYAHIDA AZƏRBAYCAN DA VAR MÜHARİBƏDƏN ZƏRƏR GÖRƏN ÖLKƏLƏRƏ 5 MİLYARD AVRO AYRILACAQ

Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə Yaxın Şərqdə münaqişədən zərər görən ölkələrin iqtisadiyyatına dəstək məqsədilə 5 milyard avro ayırmağı planlaşdırır. Bu barədə bankın açıqlamasında bildirilib.

Məlumata görə, proqram münaqişədən birbaşa zərər çəkən İraq, İordaniya və Livan, eləcə də təsirlərlə üzləşən Misir, Türkiyə, Azərbaycan və Ermənistan kimi ölkələri əhatə edəcək.Qeyd olunur ki, proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə iqtisadi sabitliyin qorunması, maliyyə sektorunun dəstəklənməsi və əsas xidmətlərin fasiləsizliyi təmin ediləcək. İkinci mərhələdə isə zərər görmüş iqtisadiyyatların bərpası və davamlı inkişafı üçün şərait yaradılacaq.

iqtisadiyyatmüharibəpulqlobalxəbərlər